2021-01-05

INTERNATIONAL BOKT-dan yüksək gəlirli istiqraz təklifi

.

INTERNATIONAL BOKT manatla istiqraz emissiya edərək cəlbedici şərtlərlə özünün ilk yüksək gəlirli istiqrazını təqdim etdi. İstiqrazın qiymətli kağız qismində dövlət qeydiyyat nömrəsi AZ 212312381 olaraq qeydə alınmışdır.

İlkin mərhələdə istiqraz buraxılışının ümumi həcmi 3 milyon manat civarında planlaşdırılıbdır. İstiqrazın hər birirnin nominal dəyəri 1 000 manat olmaqla 3000 ədəd istiqrazın emissiyası nəzərdə tutulubdur.

İllik gəlirliyi 18% olmaqla, 60 ay müddətinə buraxılan istiqrazlar qiymətli kağızlar bazarında təklif edilən ən yüksək gəlirli istiqrazlar sırasına daxil olaraq cəlbedici investisiya alətinə çevrilmişdir.
İstiqrazların yerləşdirilməsi qapalı üsulla planlaşdırılmasına baxmayaraq digər investorlara da satışı nəzərdə tutulubdur.

İstiqrazın cəlbedicilik meyarları sırasında onun vergidən azad olması ilə yanaşı faiz ödənişlərinin də hər ay, hər rüb və müddətin sonu kimi əsas götürülübdür.

Gəlirlilik baxımından isə hazırda qiymətli kağızlar bazarında mövcud olan digər manat istiqrazları ilə müqayisədə INTERNATIONAL BOKT istiqrazları yüksək qazanc təklif edənlər sırasındadır.

Bundan savayı istiqrazların buraxılışından əldə olunacaq vəsaitlərin kreditləşməyə yönəldilməsi planlaşdırılmışdır. Həmçinin INTERNATIONAL BOKT emissiya etdiyi istiqrazların sahiblərinə kredit üçün təşkilata müraciət edərlərsə təqdim edəcəkləri istiqrazın 90% həcmində kreditin ayrılması nəzərdə tutulubdur.

Bununla da INTERNATIONAL BOKT ölkənin bir çox şəhər və rayonlarında bank olmayan kredit təşkilatı qismində fəaliyyət göstərərək müştərilərinə təminatlı və təminatsız kredit təklifləri verməklə yanaşı qiymətli kağızlar bazarında güvənli və yüksək gəlirli investisiya imkanları da yaratmış oldu.

Zəng sifarişi

Aşağıda qeyd olunan bölmələri daxil edin. Sizinlə yaxın zamanda əlaqə saxlanılacaq.

Vakansiya

Aşağıda qeyd olunan bölmələri daxil edin. Sizinlə yaxın zamanda əlaqə saxlanılacaq.

CV yüklə Maksimal ölçü 2Mb ( Word, PDF )
CV nümunəsi yüklə

Bizə yazın

Kredit sifarişi

Zəhmət olmasa aşağıda göstərilən bölmələri düzgün şəkildə daxil edin.

200 qr.
583
1200AZN
Qızılın qiyməti
28902AZN
Kreditin məbləği
28902AZN
Kredit mütəxəsisi ilə danışıq zamanı, sizə lazım olan məbləği söyləyə bilərsiniz

Xəbərlər

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et