Hər bir istiqraz nominal dəyəri: 1000 manat
Müddət: 60 ayadək
Illik faiz: 18 faizədək
Faiz ödənişləri: hər ay, hər rüb, müddətin sonunda
İlkin mərhələdə istiqraz buraxılışının ümumi həcmi 3 milyon manat civarında planlaşdırılıbdır. İstiqrazın hər birirnin nominal dəyəri 1 000 manat olmaqla 3000 ədəd istiqrazın emissiyası nəzərdə tutulubdur.
İllik gəlirliyi 18% olmaqla, 60 ay müddətinə buraxılan istiqrazlar qiymətli kağızlar bazarında təklif edilən ən yüksək gəlirli istiqrazlar sırasına daxil olaraq cəlbedici investisiya alətinə çevrilmişdir.
İstiqrazların yerləşdirilməsi qapalı üsulla planlaşdırılmasına baxmayaraq digər investorlara da satışı nəzərdə tutulubdur.
İstiqrazın cəlbedicilik meyarları sırasında onun vergidən azad olması ilə yanaşı faiz ödənişlərinin də hər ay, hər rüb və müddətin sonu kimi əsas götürülübdür.