2020-11-10

Müştərilərə Yenilik! Bizimlə Daha Asan, Daha Sürətli Ödə!

INTERNATIONAL BOKT Modenis MMC arasında əməkdaşlıq sazişi imzalandı. Bu saziş çərçivəsində təşkilatın müştəriləri artıq aylıq ödəmələrini filiallara yaxınlaşmadan yerləşdikləri əraziyə yaxın və rahat yerdə 24 saat ərzində növbə gözləmədən #DahaAsanDahaSuretli ödəyə biləcəklər.

e-Manat köşkləri alış-veriş və biznes mərkəzləri, dövlət müəssisələri, metro stansiyaları, supermarketlər, hava limanları və paytaxt Bakı olmaqla yanaşı Azərbaycanın digər şəhərlərinin dəmiryol vağzallarında yerləşir. Hazırda ödəniş köşkləri şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 1800-dən artıq, bütün ölkə ərazisində isə 2600-dən artıq köşk daxildir.

Ödənişləri ödəmə terminalları ilə yanaşı emanat.az saytı və eManat+ IOS/Android mobil tətbiqləri vasitəsilə nağdsız şəkildə elektron pul kisəsi və ya bank kartı hesabından tez və rahat həyata keçirə bilərlər.

Terminal üzərindən ödəmə üsulu olduqca asan həyata keçirilir. Bunun üçün, monitorda “Bank Xidmətləri” bölməsi seçilir və siyahıda görünən “INTERNATIONAL BOKT” düyməsinə basılır. Daha sonra müvafiq xanalara doğum tarixi, müştəri kodu daxil edilir və ödəniləcək kredit növünü (müqavilə nömrəsi və kredit məbləğinə əsasən) seçməklə irəli düyməsinə basılır. Sonda ödəniləcək məbləğ aparata daxil edilməli və ödəniş qəbzi götürülməlidir.
Olduqca rahat və real vaxt rejimində həyata keçirilən bu əməliyyat kredit ödənişinin dərhal hesaba yatırılmasına imkan verir.

Ödəmədə çətinlik çəkən müştərilərin rahatlığı üçün INTERNATIONAL BOKT tərəfindən həmçinin video bələdçi hazırlanmışdır. Bundan əlavə yarana biləcək suallarla bağlı müştərilər 1543-ə zəng edərək birbaşa Məlumat Mərkəzindən öyrənə bilərlər.

Video bələdçini izləmək üçün keçid: https://Daha Asan Daha Sürətli Ödə

Zəng sifarişi

Aşağıda qeyd olunan bölmələri daxil edin. Sizinlə yaxın zamanda əlaqə saxlanılacaq.

Vakansiya

Aşağıda qeyd olunan bölmələri daxil edin. Sizinlə yaxın zamanda əlaqə saxlanılacaq.

CV yüklə Maksimal ölçü 2Mb ( Word, PDF )
CV nümunəsi yüklə

Bizə yazın

Kredit sifarişi

Zəhmət olmasa aşağıda göstərilən bölmələri düzgün şəkildə daxil edin.

200 qr.
583
1200AZN
Qızılın qiyməti
28902AZN
Kreditin məbləği
28902AZN
Kredit mütəxəsisi ilə danışıq zamanı, sizə lazım olan məbləği söyləyə bilərsiniz

Xəbərlər

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et